Dünyanın 50-dən çox ölkəsində koronavirusa yoluxma hallarının sayı artır və bu artım "omikron” ştammının alt növlərindən qaynaqlanır.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.
"50-dən çox ölkədə yoluxma hallarının artması bu virusun gözlənilməzliyindən xəbər verir”, - deyə ÜST rəhbəri bəyan edib.