Şəfəqə Doğru » Gündəm » Mədəniyyət nazirliyi damcılı bulağını niyə acmır?

Mədəniyyət nazirliyi damcılı bulağını niyə acmır?

Mədəniyyət nazirliyi  damcılı bulağını niyə acmır?

    Bu günlərdə redaksiyamıza Qazax rayon Daş Salahlı kəndinin sakinləri tərəfindən intesif müraciətlər daxil olur.Müraciətdə bildirilir ki,3 -4 əsr bundan qabaq Daş Salahlı kəndi   "Damcılı bulağının” və ona 100 metr mesafede olan "Qara "bulağın ətrafında məhz oranın suyuna görə məskunlaşmışdır .Günü bu gündə həmin kənd adı çəkilən su qaynaqlarından içməli su kimi,isdifadə edir.Kənd 50-ci illərdən bəri bir az aşagı köçmüş olsa da, yenə içməli su mənbəyi həmin bulaqlardır.Zaman-zaman Daş Salahlı kəndi Damcılı və Qara bulağı ölülərinin xatirəsinə köşklərlə və digər dekarativ tikintilərlə bəzəmişlər.Kənd cammatı yayın isdi günlərində yay tətilinə gəlmiş və çoxusuda məhz  Damcılı bulağını yad etməyə gəlmiş ,qonaqları ilə gedib Damcılı bulağında sərinlənir və bir tikə çörəyini sərin su içə -içə yeyirlər.Son  3-4 il bundan öncəyə qədər mədəniyyət nazirliyi və onun nəzdində Qazax rayonunda fəaliyyət fəailiyyət göstərən "Avey”dağ qoruğu heç Damcılı bulağının yolunu belə tanımırdı .Bu son illərdə orada kənd caamatı  tərəfindən tikimiş olan o köşklərə görə ,insanların çox gəldiyini görən adı çəkilən qurumlar ,Damcılı bulağına çoxlu yasaqlar uyğulamağa başladılar.Köşkləri gələn insanlara oturmaq üçün ,20-30 manat müqabilindəsatmağa başladılar.Hər gələndən giriş üçün pul tələb edirdilər.Və digər vergilər tətbiq edirdilər.Uzun sürə kənd caamatının kütləvi imzaları ilə həmin vergilər götürüldü və yaxudda bir az azaldıldı.indi iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən verilmiş sərancamlara əsasən, ölkənin digər sahələrində olduğu kimi, Damcılı bulağına da aid olmalı idi..Nəhayət, son bir ayda ölkə prezidenti  cənab İlham Əliyevin sərəncamı ilə bütün restaranlarda və şadlıq evlərində yeni insanların kütləvi təmasda olduğu bütün sahələrdə bu yasaqlar aradan götürüldü.Lakin,damcılı bulağına və Qara bulağa tətbiq olunan bu yasaqlar öz mövcudluğunu qoruyur.Kənd caamatının  bütün müraciətlərinə və kütləvi  imzalarla göndərdiyi məktublara məhəl qoymadan bu məhdudiyyəti  ləğv etmək isdəmirlər.

  Faktla əlaqədar Qazax” Avey dağ "qoruğunun müdiri soyadını bilmədiyim Səadət xanımla telefon əlaqəsi yaratdım və sualarınmı ünvanladım.Səadət xanım mədəniyyət nazirliyinin özünün təbiət qoruğu haqqında əsasnaməsinə  görə,hərəkət edir dedi  və ola bilsin gələn ayda yəni iyul ayının əvvəlinə bu məhdudiyyətlərin aradan götürülməsinə icazə verəcəklər.

  Maraqlıdır. Əgər bir ay sonra bulağın açılmasına icazə veriləcəksə, bir ay əvvəl verilsə nə olar ki? Artıq isdilər başlamışdır insanlar sərin yer axtarırlar .Daş Salahlı kənd sakinlərində bu narazılıqları yaratmaqda çoxmu böyük səbəb var ki?Ümidvarıq ki, Mədəniyyət naziri  cənab Anar Kərimov  məqaləmizi oxuduqdan sonra Daş Salahlı kəndinin on  mindən cox olan əhalisinin istəyini nəzərə alaraq ,bu narazılıqları aradan götürəcək.

Qarşı tərəfi dinləməyə və dərc etməyə hazırıq.

                                                                                        Neymət