Şəfəqə Doğru » Gündəm » Pensiya və əmək haqları artırılıb - NAZİR

Pensiya və əmək haqları artırılıb - NAZİR

Pensiya və əmək haqları artırılıb - NAZİR

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinə tam uyğundur.

 

Modern.az-ın məlumatın görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

 

Nazir qeyd edib ki, ölkəmizdə son üç il ərzində 4 milyon nəfəri əhatə edən, əlavə illik maliyyə dəyəri 6 milyard manat (təqribən 3,5 milyard ABŞ dolları) olan 3 sosial islahat paket həyata keçirilib:

 

"Bu dövrdə sosial ödənişlər 65 faiz, minimum pensiya 2,2 dəfə, orta pensiya 60 faiz, minimum əmək haqqı 2,3 dəfə, illik əmək haqqı fondu iki dəfədən çox artıb".

 

S.Babayev nazirlik üzrə 173 sosial xidmətdən 110-nun e-platformadan, 48-nin proaktiv qaydada təqdim edildiyini, 388 min nəfərə e-qaydada sosial ödəniş təyin edildiyini bildirib. Yeni istifadəyə verilən "Əmək və məşğulluq” altsisteminin əmək münasibətləri sahəsinə gətirdiyi innovativ yenilik və faydaları diqqətə çatdırıb. Əmək hüquqlarının gücləndirilməsi və beynəlxalq norma və standartlara uyğun tənzimlənməsi üçün Əmək Məcəlləsinin 170 maddəsinə də dəyişikliklər hazırlanaraq təqdim edilib.