Şəfəqə Doğru » Gündəm » İCRA BAŞÇISININ XANIM MÜAVİNİNDƏN ŞOK ƏMƏL: məktəbli qızı evinə çağırıb, daha sonra... - Polis və prokurorluq işə qarışdı, müavin sensasiyalı açıqlama verdi (FOTO/Yenilənib)

İCRA BAŞÇISININ XANIM MÜAVİNİNDƏN ŞOK ƏMƏL: məktəbli qızı evinə çağırıb, daha sonra... - Polis və prokurorluq işə qarışdı, müavin sensasiyalı açıqlama verdi (FOTO/Yenilənib)

İCRA BAŞÇISININ XANIM MÜAVİNİNDƏN ŞOK ƏMƏL: məktəbli qızı evinə çağırıb, daha sonra... - Polis və prokurorluq işə qarışdı, müavin sensasiyalı açıqlama verdi (FOTO/Yenilənib)

Lənkəranda fiziki zorakılığa məruz qaldığı deyilən məktəbli valideynləri ilə birlikdə iyulun 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə dəvət edilib.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

Komitə rəsmisi deyib ki, kütləvi informasiya vasitələrində 15 iyul 2022-ci il tarixdə Lənkəran şəhərində 9-cu sinif şagirdinin fiziki zorakılığa məruz qalmasi ilə bağlı yayılan məlumat əsasında Dövlət Komitəsi tərəfindən dərhal Lənkəran Şəhər İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlanılıb və uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsi istiqamətində işlərin görülməsinə dair müvafiq tövsiyələr verilib.

Həmçinin hadisənin hərtərəfli araşdırılması məqsədilə aidiyyəti orqanlara 15 iyul 2022 ci il tarixli rəsmi məktublar da ünvanlanıb.

Artıq faktla bağlı Lənkəran şəhər prokurorluğunda aparılan araşdırmanın ilkin nəticələri haqqında müvafiq açıqlama verilib.

Dövlət Komitəsi bütün əlaqədar tərəflərlə birgə fəaliyyətin nəticələrinə, həmçinin öz səlahiyyətləri çərçivəsində gördüyü işlərə dair ictimaiyyəti məlumatlandıracaq.

***

Baş Prokurorluq Lənkəranda məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı açıqlama yayıb.

Mia.az xəbər veirr ki, açqlamaya görə, bəzi sosial şəbəkə və media səhifələrində Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar yayılıb: "Bildiririk ki, qeyd edilən faktla bağlı dərhal Lənkəran rayon prokurorluğunda araşdırma başlanıb, hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər prosessual hərəkətlər yerinə yetirilib.

Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri qərarların qəbul edilməsi və ictimaiyyətin məlumatlandırılması təmin ediləcək".

***

Azərbaycanda icra hakimiyyəti başçısının müavini və məktəb direktoru məktəbli qıza şiddət göstəriblər. 

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, bu şəkilləri ona göndərən şəxs iddia edir ki, bacısı qızını bu hala salan məktəb direktoru və başçı müavinidir:

"Şəkilləri mənə göndərən şəxs iddia edir ki, bacısı qızını bu hala salanlar Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova (Babayeva) olub. Məktəblini attestat vermək adı ilə evə çağırıb evdə fiziki zorakılıq tətbiq ediblər".

Onun sözlərinə görə, buna səbəb məktəblinin Rəsilə Əliyevanın qızının telefonundan başqasına mesaj yazması olub: "Buna səbəb Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazması olub. Öz qızını da döyüb deyilənə görə, amma belə yox. Şiddət göstərməklə nə əldə edəcəyinizi bəri başdan deyim. Fakt təsdiqini taparsa, əlvida kreslo". 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Lent.az-a bildirib ki, həmin hadisə ilə bağlı Lənkəran ŞRPŞ-yə daxil olmuş müraciət əsasında araşdırma aparılır. Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

***

Mia.az xəbər verir ki, məsələ ilə bağlı Lənkəran Rayon icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva Bizim.Media-ya danışıb.

O, Aliyə Camalovanın evində döyülməsini təkzib edib: "Vəzifədəyəm deyə yapışılası adam mənəm? Axı mənim də səhhətim və evimdə ağır əməliyatdan çıxmış xəstəm var. Aliyənin anası çox şey iddia edə bilər. Yalan məlumatlardır. Onun anası haçandan ortaya çıxdı? O, heç bilmir ki, qızı kimlə yaşayır və onu kim saxlayır. Onun qızı əxlaqsızdır və biabırçı videoları var. Sinif şagirdlərinin adından ona-buna videolar atıb. Belə qızın məktəbdə qalıb oxuması düzgün deyil. Mənim qızımla da rəfiqə deyil və ola bilməz. O, hansı ailədə böyüyüb, bilinmir. Aliyənin xalası kimdi, onu əvvəl kim saxlayıb, gedin onları araşdırın”.

Rasilə Əliyeva adı çəkilən döyülmə faktına görə Lənkəran Rayon polis Şöbəsinə çağırılmadığını da əlavə edib: "Qızın attestatı mənim evimdə nə gəzir? Mən Təhsil Naziliyinə və ya rayon təhsil şöbəsinə müdaxilə edə bilərəm? Evimdə attestat verilir? Bu qədər yalan olmaz axı... Mən xalqın uşağını niyə döyürəm ki? Ya atası, ya da nənəsi videolarını görüb onu döyüblər. Sadəcə olaraq o videoları mən əldə etmişəm və polis bölməsinə də təqdim etmişəm. Onlar araşdırır. Anası çox şeyi iddia edə bilər. O zaman mən də bədənimin hansısa nahiyəsini göyərdib, fotosunu sizə atım, inanarsız? Bu məsələnin mənə aidiyyəti yoxdur. Niyə polis bölməsinə çağırılmalıyam ki?”, - deyə Rasilə Əliyeva qeyd edib.

Qeyd edək ki, məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb. Müvafiq ekspertiza təyin edilib və araşdırma aparılır. 

Lənkəran-Astara Regional Təhsil İdarəsindən də hazırda məsələ ilə bağlı araşdırılma aparıldığı bildirilib.

img img img