Şəfəqə Doğru » Gündəm » Ermənistan daha bir hərbçisini itirdi

Ermənistan daha bir hərbçisini itirdi

Ermənistan daha bir hərbçisini itirdi
Ermənistan daha bir hərbçisini itirib.

Shafaqadogru.com  erməni KİV-ə istinadən xəbər verir ki, bu gün gecə hərbi hissələrdən birində silahla ehtiyatsız davrandığına görə, 19 yaşlı əsgər Arman Qandilyan həlak olub. 

Qeyd edək ki, dünən daha bir erməni hərbçisinin ölüm xəbəri yayılmışdı. Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusunun meyiti hərbi hissəyə gedən yolda aşkar edilmişdi.