Şəfəqə Doğru » Gündəm » Rusiyanın Ukrayna ilə sərhəd məntəqəsində iki 13 yaşlı qız intihar etdi...-FOTO

Rusiyanın Ukrayna ilə sərhəd məntəqəsində iki 13 yaşlı qız intihar etdi...-FOTO

Rusiyanın Ukrayna ilə sərhəd məntəqəsində iki 13 yaşlı qız intihar etdi...-FOTO
Rusiyanın Belqorod vilayətinin Ukrayna ilə sərhədyanı Rovenki kəndində müəmmalı intihar olayı baş verib. Kəndin mərkəzi parkında 13 yaşlı iki qız özlərini asıb.
 
Shafaqadogru.com  "Baza" teleqram-kanalına istinadla xəbər verir ki, onlardan biri intihar məktubu qoyub.
 
"Maşa və Lizanın cəsədləri bu gün(28.07.2022-S.L.) günortadan sonra mərkəzi parkda tapılıb - qızlar özlərini söyüd budaqlarında asıblar. İntihar yerinin yaxınlığından Mariya adlı qızın qeyd dəftərçəsi tapılıb. Qız anasından bağışlanmasını istəyib və intihar etmək qərarına özünün gəldiyini yazıb.
Rəfiqəsi isə Liza intihar məktubu buraxmayıb"- xəbərdə belə deyilir.
 
İntiharların səbəbləri haqda heç bir açıqlama verilnməyib.
 
Qızlardan birinin intihardan bir qədər öncə hərbi papaqda əlində üzərində Georgiyev lenti olan yazı ilə paylaşım etdiyi bəlli olub. Yazıda Ukraynada ölən rus hərbçilərindən bəhs edilir...