Şəfəqə Doğru » Gündəm » “TikTok”da canlı yayım edən hərbçilər ordudan QOVULDU

“TikTok”da canlı yayım edən hərbçilər ordudan QOVULDU

“TikTok”da canlı yayım edən hərbçilər ordudan QOVULDU

Son günlər hərbi qulluqçuların sosial şəbəkələrdə canlı yayımda çıxışı ilə əlaqədar Müdafiə Nazirliyi münasibət bildirilib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Fərəcov Sənan Məhəmməd oğlu və əsgər Bayramlı Yusif Eldar oğlunun Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq xidmət zamanı smartfon tipli telefonlardan istifadə etmələri və xidmətə aid foto-video görüntüləri şəxsi sosial şəbəkə hesablarında paylaşmaları aşkar edilib.

 

Kiçik çavuş S.Fərəcov və əsgər Y.Bayramlı xidməti uyğunsuzluğa görə ordu sıralarından çıxarılıb.

 

Bildirilib ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir.

 

Qeyd edək ki, sözügedən hərbiçilər "TikTok" sosial şəbəkələrdə şəxsi hesablarında canlı yayım açaraq görüntülər paylaşmışdılar.