Şəfəqə Doğru » Gündəm » İrəvanda ölənlərin sayı artdı, 17 nəfər itkindir - YENİLƏNİB

İrəvanda ölənlərin sayı artdı, 17 nəfər itkindir - YENİLƏNİB

İrəvanda ölənlərin sayı artdı, 17 nəfər itkindir - YENİLƏNİB

Ermənistanın paytaxtı İrəvanda "Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Hazırda itkin düşən 17 nəfərin axtarışları davam etdirilir.

 

***

 

Ötən gün Ermənistanın paytaxtı İrəvanda "Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, hadisə zamanı 61 nəfər xəsarət alıb, bundan əlavə, 17 nəfər itkin düşüb. 

 

***

İrəvanın "Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində dağıntılar altında qalan daha bir nəfərin meyiti çıxarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat yayıb.

 

Meyiti tapılan şəxsin qadın olduğu bildirilir. Beləliklə, ölənlərin sayı 3 nəfərə çatıb. Hadisə nəticəsində 61 nəfər isə xəsarət alıb.

 

***

19:49

 

İrəvanın "Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində dağıntılar altında qalan bir qadının meyiti çıxarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, partlayış zamanı xəsarət alanların sayı 57 nəfərə çatıb, 2 nəfər isə həyatını itirib.

 

Bundan əvvəl hadisə nəticəsində 40-45 yaşlı bir kişinin öldüyü açıqlanmışdı. Xəsarət alan 57 nəfərdən 36-nın vəziyyətinin orta-ağır olduğu qeyd edilib.

 

***

17:57

 

İrəvanda "Surmalu” ticarət mərkəzində baş verən yanğın nəticəsində xəsarət alanların sayı 51 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Hadisə zamanı ölən şəxsin kimliyi hələlik müəyyənləşməyib.

 

***

Ermənistanın paytaxtı İrəvanın "Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı 1 nəfər ölüb, xəsarət alanıların sayı 34 nəfərə çatıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

***

İrəvanın "Surmalu” ticarət mərkəzində baş vermiş partlayış zamanı 1 nəfər ölüb, xəsarət alanların sayı 30 nəfərə çatıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hayk Kostanyan bildirib.

 

Hazırda partlayış yerində yanğınsöndürmə və axtarış işləri aparılır. 

 

Məlumata görə, dağıntılar altında xeyli insan qalıb. Onların arasında ölənlərin ola biləcəyi ehtimal edilir.

 

Qeyd edək ki, bu gün İrəvanda "Surmalu" ticarət mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.