Şəfəqə Doğru » Gündəm » Ərdoğan seçki hazırlıqlarına başladı

Ərdoğan seçki hazırlıqlarına başladı

Ərdoğan seçki hazırlıqlarına başladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçki qərargahında qəfil yoxlama apararaq, qarşıdan gələn prezident seçkilərinə hərtərəfli hazırlıqla bağlı tapşırıqlar verib.

Shafaqadogru.com   xəbər verir ki, bu brədə Türkiyənin "Yeni Şafak” qəzeti yazıb."Prezident Ərdoğan 2023-cü il seçkiləri ilə əlaqədar gözlənilməz iclas keçirdi və seçki komandasının nəbzini yoxladı. Ərdoğan seçkiqabağı kampaniyanın hazırlanması ilə bağlı seçki qərargahı üzvlərinin fikirlərini öyrəndi. Qiymətləndirmələrdə yeni diskursların yaradılması, iqtisadiyyat və ədliyyə sahəsində tədbirlərin görülməsi ön plana çıxdı. O da bəlli oldu ki, deputatlığa namizədlər üçün meyarlar müəyyən etmək lazımdır”, – qəzet yazır.

Qeyd edək ki, Türkiyədə növbəti prezident və parlament seçkilərinin 2023-cü ilin iyununda keçirilməsi planlaşdırılır.

Gununsesi.info