Müğənni Ferman Toprak yatarkən çılpaq fotolarını çəkən və hazırda həmin görüntüləri yayması ilə təhdid edən keçmiş sevgilisi Türkan K.-dan şikayətçi olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı ondan 100 min dollar istəyən Türkanı məhkəməyə verib və qızın "səsli, yazılı, görüntülü material ilə şantaj" ittihamı ilə 5 ilə qədər həbsi istənilib.
Dünən hakim qarşısına çıxan Türkan ittihamları rədd edərək bacısının F.Toprakla əlbir olaraq ona tələ qurduqlarını deyib. Məhkəmə təxirə salınıb.
Xatırladaq ki, bir müddət əvvəl isə Türkan məhkəmədə günahını etiraf etmiş, müğənninin ondan ayrılaraq başqası ilə nişanlanmasına əsəbiləşdiyini bildirmişdi.