Şəfəqə Doğru » Gündəm » AXCP ÜZVÜ ruhi-əsəb dispanserinə yerləşdirilib- DİN RƏSMİ AÇIQLAMA VERDİ

AXCP ÜZVÜ ruhi-əsəb dispanserinə yerləşdirilib- DİN RƏSMİ AÇIQLAMA VERDİ

AXCP ÜZVÜ ruhi-əsəb dispanserinə yerləşdirilib- DİN RƏSMİ AÇIQLAMA VERDİ

Sosial şəbəkələrdə AXCP üzvü Ziyafət Abbasovanın itkin düşməsi ilə bağlı məlumatlar yayılıb.

Z.Abbasovanın dünən Cəmil Həsənlinin kitab təqdimatında iştirak etmək üçün evdən çıxdığı və daha sonra ondan xəbər alınmadığı bildirilib. Z.Abbasovanın saxlanıldığı ilə bağlı iddialar da səsləndirilib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Ziyafət Abbasovanın saxlanılması ilə bağlı yayılan iddialar əsassızdır:Vətəndaş Ziyafət Abbasova yaşadığı sığınacaqdan bir neçə vətəndaşın şikayəti və sağlamlıq vəziyyəti ilə əlaqədar ruhi-əsəb dispanserinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir”.