Rusiya tərəfindən ilhaq edilən Krım yarımadasında dəmiryolu xətti parladılıb.
Bu barədə Rusiya hakimiyyətinə yaxın teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, Krımın Kirovski rayonunda baş verən partlayış nəticəsində dəmiryolu relsləri sıradan çıxıb və qatarların hərəkəti dayandırılıb. Moskva tərəfindən Krıma "rəhbər" təyin edilən Sergey Aksenovun sözlərinə görə, hadisə zamanı heç kim xəsarət almayıb.
"Baza" teleqram kanalının məlumatına görə, saat 16 radələrində yük qatarı hərəkət edərkən dəmiryolunda partlayış baş verib. Məlumatda qeyd olunub ki, lokomotiv maşinisti təcili əyləci tətbiq edə bilib. Partlayış nəticəsində kabinənin şüşələri sınıb, sürücünün özü xəsarət almayıb.
“112” Telegram kanalı isə yazıb ki, iki işçi qəlpələrdən yaralanıb // modern.az