Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.
"APA-Economics-in xəbərinə görə, Azərbaycan neftinin 1 bareli ötən günlə müqayisədə 0,75% və ya 0,57 dollar artaraq 77.04 ABŞ dollara ticarət edilib.
Qeyd edilir ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.