Fransada ifrat sağ müxalifətin təmsilçisi "Milli Birlik" Partiyasının keçmiş rəhbəri Marin Lö Pen hesab edir ki, ölkədəki iğtişaşlar problemini həll etmək üçün hökumət Fransaya gələn miqrant axınına nəzarət etməlidir.
Bunu Lö Pen Milli Assambleyada (respublika parlamentinin aşağı palatası) çıxışı zamanı deyib.
“Biz ilk növbədə nəzarətsiz immiqrasiyaya son qoymalıyıq. Eyni zamanda cəmiyyətə qarşı çıxan əhalinin müəyyən təbəqələrinin təcrid olunması problemi indi kəskinləşib. Miqrasiya probleminin bu həllindən sonra Fransanın bütün bölgələrinə nəzarəti qaytarmaq lazımdır”, - deyə o bildirib.
Bundan əvvəl partiyanın hazırki sədri Jordan Bardella da Fransanın həddən artıq çox miqrant qəbul etdiyini bildirmişdi: “Biz çoxlu sayda miqrant qəbul etdik, bu da bir çox məhəllələrdə təhlükəsizlik gərginliyinə səbəb olub” // ölke.az