Şəfəqə Doğru » Gündəm » Rayonun mərkəzi xəstəxanasında gips tapılmır?

Rayonun mərkəzi xəstəxanasında gips tapılmır?

Rayonun  mərkəzi  xəstəxanasında gips tapılmır?
Qazax rayon "Mərkəzi Xəstəxana"da nə baş verir??

Belə ki,bu gün gündüz saat 14.15 radələrində hündürlükdən yıxılan öz oğlumu Qazax rayon Mərkəzi Xəstəxanasının "Acil yardım" şöbəsinə çatdırdım. Xəstə təcili yardım şöbəsində qeydiyyata alındıqdan sonra dərhal rentgen bölməsinə götürüldü.

Rentgen olduqdan sonra məlum oldu ki, uşağın qolu sınıb. 

Uşaq müayinə olub, sınıq diaqnozu qoyulduqdan sonra xəstəxanada bu sahə üzrə çalışan Fəxrəddin həkimin yanına apardıq. 

Fəxrəddin həkim rentgen kağızına baxıb və bir resept yazdı ki,tez bu ləvazimatları al gətir (bint+gibs).

Bu arada uşaq ağrıdan dözə bilmirdi, zarıyırdı.Fikirləşdim ki,aptekə gedib gəlmək bir xeyli zaman alacaq.



Sual verdim ki,həkim yazdığın tibb ləvazimatları xəstəxanada yoxdurmu? Dedi xeyr. 

Xeyir dedikdən sonra tez qaça-qaça gedib həmin tibb ləvazimatlarını alıb gətirdim. Sağolsun həkim,cəmi beş dəqiqə içərisində uşağın qolunu sarıyıb, bizi yola   saldı (bunun üçün təşəkkür edirəm- E. Q.). 

Düzdür, həkimin yazdığı tibb ləvazimatları elə də çox pul tutmadı.Cəmi 5 manat pul etdi.Amma söhbət 5 manat puldan getmir.Uşaq gözümün qabağında ağrıdan zarıyır biz isə şəhərin ortasında tibb ləvazimatları axtarışına çıxmışıq.Adi bint ləvazimatının xəstəxanada olmaması sözün əsl mənasında adama təsir edir.Hər-hansı başqa bir bahalı dəva-dərman olsaydı dərd yarı.Bind ləvazimatının dəyər qiyməti nədir ki,o da xəstəxanada tapılmır.Bu sadəcə biabırçılıqdır! 



Analoqu olmayan və milyonlarla pul xərclənən Qazax rayon Mərkəzi Xəstəxanada adi bint ləvazimatı yoxdursa,Azərbaycan kimi Məmləkətdə biz hansı səhiyyədən danışa bilərik???
Bu biabırçılıq nə vaxta kimi davam edəcək???

Allah eləməsin,gecənin bir vaxtı hər-hansı bir ağır xəstə xəstəxanaya daxil olarsa,həmin xəstənin yaxınları apteklərin bir çoxunun gecə saatlarında işləmədiyi halda,gecənin bir yarısı xəstə yaxınları niyə şəhərdə bint axtarışına çıxmalıdır??

Hörmətli TƏBİB! VƏ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi! Bu nə biabırçılıqdır?? Hanı sizin tibb ləvazimatları??Azərbaycan səhiyyəsi bərbad vəziyyətdədir bu barədə nə düşünürsünüz???Bu biabırçı vəziyyətə nə vaxt son qoyulacaq???

Elnur  Quliyev