İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 10 hədəfini, o cümlədən bir kəşfiyyat qərargahını və radikal hərəkatla əlaqəli iki bankı vurub.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail bir müddət əvvəl HƏMAS terror təşkilatının 10 hədəfinə hücum edib. Hədəflər HƏMAS-ın istifadə etdiyi çoxmərtəbəli binalarda olub. Onların arasında terror təşkilatına məxsus kəşfiyyat qərargahı da var. HƏMAS-ın hava qüvvələrinin istifadə etdiyi hərbi kompleksə də hücum edilib. İsrail ordusu paralel olaraq terrorizm üçün vəsait toplayan HƏMAS terror təşkilatına aid iki banka hücum edib” - məlumatda deyilir//qafqazinfo