Prezident İlham Əliyev "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişik edib.Shafaqadogru.com AzərTAc-a istinadən xəbər verir ki, ölkə başçısının imzaladığı yeni fərmanla "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişiklik edilib: 1. 4.12.7-ci yarımbənd ləğv edilsin. 2. "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə Əlavə”nin 1-ci bəndindən "Mədəniyyət və Turizm Nazirliyinin,” sözləri çıxarılsın. Qeyd edək ki, bir müddət əvvəl ölkə başçısının imzaladığı sərəncamla yerli mədəniyyət və turizm idarələri ləğv edilib və onların yerinə regional idarələr yaradılır.