Şəfəqə Doğru » Gündəm » Nəcməddin Sadıkov məhkəməyə çağırılıb

Nəcməddin Sadıkov məhkəməyə çağırılıb

Nəcməddin Sadıkov məhkəməyə çağırılıb

“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun barələrindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi başlayıb.

 Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

İş üzrə vəkillər apellyasiya şikayətinə istintaqla baxılmasını və sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun çağırılaraq, şahid qismində dindirilməsi ilə bağlı vəsatət veriblər.

Lent.az