Şəfəqə Doğru » Gündəm » Pis hava şəraitinə görə əsgər yolu azıb - Laçında həyəcanlı axtarış

Pis hava şəraitinə görə əsgər yolu azıb - Laçında həyəcanlı axtarış

Pis  hava şəraitinə görə əsgər yolu  azıb - Laçında həyəcanlı axtarış

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Müdafiə Nazirliyindən Lent.az saytına verilən məlumata görə, hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.