Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Regional Terrorla Mübarizə Təşkilatı Hizb-ut Təhrir əl-İslami təşkilatına qarşı mübarizənin alqoritmini yaradacaq.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin sədr müavini Sergey Smirnov deyib.
"Hizb-ut Təhrir əl-İslami hərəkətləri, təbliğatı baxımından bizə görə ən təhlükəli təşkilatdır. Bu səbəbdən onu ayrı tuturuq, ancaq bu,o demək deyil ki, digər terror təşkilatları ilə məşğul olmuruq", – Smirnov söyləyib.