Bu gün sənin, mənim, xalqın pulu ilə var-dövlət qazanıb xalqı söyməyə cürət edən sabiq məmur ailəsindən danışacağıq.
Bəs bu "liftçi” qızı kimdir? Bakı Lift-Təmir İstehsalat Birliyinin keçmiş rəisi, mini-oliqarx Qüdrət Şükürovun qızı Aysel Şükürova.
Bu həmin Ayseldir ki, sabiq məmur atası ona nə az nə çox, 400 minlik toy eləmişdi. Günlərlə yandaş media orqanlarında "ölkənin 1 nömrəli toyu” kimi reklam elətdirmişdilər. Sanki xalqdan oğurlayıb qızına toy elətdirməyi elə xalqa nümayişkaranə şəkildə göstərmişdilər.
Bəs bu "ərköyün” qızı xalqı söyməyə təhrik edən nədir? Ölkədə 10larla hazırki və sabiq məmur var. Demək olar ki, hər biri korrupsioner, xalqın pulunu "dədə malı” kimi xərcləyən insanlardır. Belə olan halda hər birini 3 nəfər tərifləyəndə 10 nəfər tənqid edir. Lakin, tək Qüdrət Şükürov tənqid olunmağa "söyüş qoyub”. Ölkə prezidenti İlham Əliyevin tənqid olunmasının mümkün olduğu ölkədə vacibiyyət payı çox az olan bir qurumun sabiq nazirini tənqid etmək söyülməklə nəticələnir. Özü də qızı tərəfindən. Bu ağır oturmayıb, batman gəzməyən qız atasını tənqid edənlərin ailə üzvlərini belə təhqir etməkdən çəkinmir. Həm də, bunu, çox açıq şəkildə, belə də olmalıymış kimi edir. Və bu hal dəfələrlə təkrar olunur.
Bir neçə gün öncə sabiq məmuru tənqid edib söyülənlərdən biri tanınmmış siyasi fəal Bəxtiyar Hacıyevə pənah apararaq ondan kömək istəmişdi.
Vətəndaşa edilən təhqirlərdən şoka düşən siyasi fəal bunları nöqtə vergülünəcən ifşa etdikdən sonra aləm dəydi bir-birinə, vətəndaşı söyməklə yetinməyən "liftçi qızı” bu dəfə B. Hacıyevi tərbiyəsiz küçə söyüşləri ilə söyməyə başladı. Amma bu dəfə tək yox. El arasında "youtube razborşik” kimi tanınan həyat yoldaşı Oqtayla birlikdə.
Bəs Ayselin həyat yoldaşı Oqtayı qaynatasına görə söyüş söyməyə vadar edən nədir? Xalqdan oğurlanmış pulla varlı həyata sahib olmağı. Ya da, hər dəfə efirə çıxıb fəxrlə "Ayselin evində yaşayıram” deməyi bəlkə?
Amma bu dəfə deyəsən qayıq sahilə çatmadan aysberqin zərbəsinə tuş gəlib. Bəxtiyar Hacıyev "söyüşcül ailə”ni məhkəməyə verib.
Belə ki, "söyüşcül ailə”nin hər iki üzvü xalqı təhqir etdiyinə görə yaxın günlərdə məhkəmə önünə çıxacaq.
Bundan başqa Bəxtiyar Hacıyevə bir neçə şəxs də qoşulub. Yazının müəllifi, mən Nurlan Cəfəri də.
P.S. İndi isə Aysel Şükürova onu məhkəməyə verənləri ağır şəkildə söyüb. Hətta, məhkəmədə işə baxacaq hakim də Aysel xanımın söyüş payından kənarda qalmayıb. Nə xalqdan, nə məhkəmə sistemindən qorxmayan Bakı Lift-Təmir İstehsalat Birliyinin keçmiş rəisi, mini-oliqarx Qüdrət Şükürovun qızı Aysel Şükürova kimə bu qədər güvənib rahatdırsa daha onu bilmirik…
Səsyazmadakı qeyri-etik ifadələri efirə verdiyimiz üçün öncədən üzr istəyirik:(antv.az)