Tovuz rayonunun Qovlar Şəhər Xəstəxanası əməkdaşının intihar etməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
"Report"un Qərb bürosu xəbər verir ki, intihar edən Namazov Aqil Qəzənfər oğlu qardaşına zəng edərək özünü öldürəcəyini və hər kəsin onu bağışlamasını istədiyini bildirib.
Qardaşı hadisə yerinə çatdıqda onu artıq asılı vəziyyətdə görüb. O, köməyə çağırdığı insanlarla birgə ipi kəsərək qardaşını özünü asdığı yerdən aşağı endirsə də, onun öldüyü məlum olub.
Yaxınlarının dediyinə görə, onun borcu və ya hər hansı bir şəxslə ədavəti olmayıb.
Mərhumun bir yeniyetmə qızı və oğlu var.
Fakla bağlı araşdırma aparılır.
***05:57
Tovuz rayonunda intihar hadisəsi baş verib.
"Report"un Qərb bürosu xəbər verir ki, Qovlar Şəhər Xəstəxanasının bağbanı və qazanxanasının ocaqçısı işləyən 1979-cu il təvəllüdlü Namazov Aqil Qəzənfər oğlu özünü asaraq öldürüb.
Hadisənin təfərrüatları məlum deyil.