Rusiya Prezidenti Vladimir Putin Dağıstan rəhbəri Ramazan Abdulatipovun istefasını qəbul edib. onun vəzifəsinin icrası müvəqqəti olaraq Vladimir Vasilyevə həvalə olunub. Qeyd edək ki, bir müddət öncə R.Abdulatipov istefa ərizəsi ilə müraciət etmişdi.
Rusiyanın "Budkav.ru” saytının iddiasına görə, yeni təyin olunan rəhbər əslən azərbaycanlıdır. Bildirilir ki, onun bu vəzifəyə gətirilməsi gözlənilməz olub. Çünki onun atası Əbdüləli rus soyadına malik olsa da, əslən azərbaycanlıdır. Rus siyasətçilərindən heç kim onun yüksək vəzifəyə gətiriləcəyini proqnozlaşdırmırdı. Çünki Vladimir Vasilyevin Dağıstanla heç bir əlaqəsi olmayıb.
Bildirilir ki, Vladimir Vasilyev təcrübəli hüquqşunasdır. Həm də onun vətənpərvər siyasətçi olduğu vurğulanıb. Qeyd edilir ki, Vladimir Vasilyevin ögey qardaşı Kamil Hüseynov Dərbənddə yaşayır. Onun hərdən qardaşının yanına qonaq getdiyi də bildirilib.