Şəfəqə Doğru » Gündəm » Salyanda qətl hadisəsi - Keçmiş baş həkimlə arvadı öldürülüb

Salyanda qətl hadisəsi - Keçmiş baş həkimlə arvadı öldürülüb

Salyanda qətl  hadisəsi - Keçmiş baş həkimlə arvadı öldürülüb

Salyan rayonunda ər-arvad qətlə yetirilib.

“Qafqazinfo” saytı DİN-in Mətbuat xidmətinə istinadən xəbər verib ki, hadisə bu gün səhər saatlarında rayonun Kərimbəyli kəndində baş verib. Saat 10:30-da 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Hazırda hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.

Əlavə məlumat veriləcək.

***

İsrafil Məmmədov 2021-ci ilədək Salyan Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin baş həkimi vəzifəsində çalışıb.