“Toplum Tv”nin təsisçisi Ələsgər Məmmədli həbs edilib.
Məlumata görə, Xətai Rayon Məhkəməsi istintaq orqanının təqdimatını əsaslı hesab edib.
Hakim media ekspertinin istintaq dövrü müddətində həbsdə qalmasını uyğun bilib.
Qərara əsasən Ə.Məmmədli haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bir azdan eyni məhkəmədə III Respublika Platformasının üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılacaq.
***
Ruslan İzzətli barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “Toplum Tv” və III Respublika Platformasının fəaliyyəti ilə bağlı istintaq aparılır. Cinayət məsuliyyətinə cəlb edilənlərin hər biri qaçaqmalçılıqda ittiham edilir (qafqazinfo).