Bakıda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub.
DİN-in Mətbuat xidmətinə istinadən xəbərdə bildirilir ki, 1998-ci il təvəllüdlü Əhmədli Səbuhi Arif oğlunun qətlə yetirilməsi ilə bağlı açılmış cinayət işi ilə bağlı 1985-ci il təvəllüdlü Heybətov Əli Həmid oğlu saxlanılıb. O, istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisə martın 9-da saat 21:30 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib.
İstintaq tədbirləri davam etdirilir.
“Qafqazinfo”