İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyevin vəkilinin iştirak etmədiyi bildirilib. Bu səbəbdən iclas qeyri-müəyyən müddətə təxirə salınıb(apa).
Xatırladaq ki, Vilyam Hacıyev keçən il barəsində olan hökmlə bağlı kassasiya şikayəti vermiş, daha sonra geri götürmüşdü.
Qeyd edək ki, bundan əvvəl V.Hacıyevin ailə üzvləri müsadirə edilmiş əmlakları ilə bağlı Ali Məhkəməyə müraciət edib. Məhkəmə müsadirə qərarını qanunauyğun hesab edərək qüvvədə saxlayıb.
Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma və vəzifə saxtakarlığında təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, onun yaxınlarının adına rəsmiləşdirilmiş beş milyon manat dəyərində əmlak da müsadirə edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.