Şəfəqə Doğru » Gündəm » İlham Əliyev Füzulidə Tokayevi qarşılayıb

İlham Əliyev Füzulidə Tokayevi qarşılayıb

İlham Əliyev Füzulidə Tokayevi qarşılayıb
Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Füzuli rayonuna gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.