Şəfəqə Doğru » Gündəm » Moskvada baş verən dəhşətli terrorda 82 nəfər öldü, üçü uşaqdır

Moskvada baş verən dəhşətli terrorda 82 nəfər öldü, üçü uşaqdır

Moskvada baş verən dəhşətli terrorda 82 nəfər öldü, üçü uşaqdır

Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror hücumunda ölənlərin sayı 82 nəfərə çatıb.

Bu barədə “112” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.


Bildirilir ki, ölənlərdən üçü uşaqdır.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə baş idarəsinin rəis müavini Aleksandr Perequda isə bildirib ki, sözügedən kompleksdə baş verən yanğının söndürülməsinə bir neçə saat vaxt lazım olacaq:

“Yanğını söndürməyimizə 1,5-2 saat vaxt lazımdır. Sonra içəri girib vəziyyəti qiymətləndirəcəyik. Bundan sonra görüləcək işlərin hansı ardıcıllıqla yerinə yetirilməsi və dağıntıların təmizlənməsi dinamikası tam aydın olacaq”.

Qeyd edək ki, yanğının söndürülməsinə 477 nəfər canlı qüvvə, 183 xüsusi texnika cəlb edilib. Yanğın 13 min kvadratmetrdən çox ərazini əhatə edib.