Şəfəqə Doğru » Gündəm » İranda 5 günlük matəm elan edildi

İranda 5 günlük matəm elan edildi

İranda 5 günlük matəm elan edildi

İran prezidenti və onu müşayiət edən heyəti Xudafərindən Təbrizə aparan helikopterin qəzaya uğraması ilə əlaqədar İranda 5 günlük matəm elan olunub.

 

Bunu İranın Ali Lideri Ayətulla Seyid Əli Xamenei İran prezidenti və onunla birlikdə həlak olanlarla əlaqədar başsağlığı müraciətində bildirib.

 

İranın Ali Lideri bildirib ki, İran prezidenti və həlak olan digər məsul şəxslər ölkə və xalqa xidmət istiqamətində əllərindən gələni əsirgəməyiblər. Onlar İranın dəyərli və xalis xidmətçiləri olublar.

 

İranın Ali Lideri İran xalqı, dövləti, həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verdiyini bildirib.

 

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.