Şəfəqə Doğru » Gündəm » Qubanın iki kəndində intihar hadisələri - 2 nəfər özünü asıb

Qubanın iki kəndində intihar hadisələri - 2 nəfər özünü asıb

Qubanın iki kəndində   intihar hadisələri - 2 nəfər özünü asıb

Gununsesi.info saytının xəbərinə  görə,  rayonun Səbətlər kəndində yaşayan 1980-ci il təvəllüdlü Məmmədov Qoşqar Böyükoğa oğlu evinin giriş hissəsində özünü asaraq intihar edib.

Oxşar hadisə rayonun Atuc kəndində baş verib. 1983-cü il təvəllüdlü İsmət Sultanov evinin həyətindəki tövlədə özünü asaraq həyatına son qoyub.

Hər iki hadisə ilə bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.