Şəfəqə Doğru » Gündəm » Şəmkir sakini güllələnib, qohumu saxlanılıb

Şəmkir sakini güllələnib, qohumu saxlanılıb

Şəmkir sakini güllələnib, qohumu saxlanılıb

Şəmkirdə güllələnmə hadisəsi baş verib.
Hadisə rayonun Ağlavaşlı kəndində qeydə alınıb. Kənd sakini olan 1978-ci il təvəllüdlü Mais Ələkbərov güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Naib Həsənov müəyən olunub. O, müvafiq səndələri olan odlu silahla saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Məlumata görə, saxlanılan şəxs güllələnən Mais Ələkbərovun qohumudur. Naib Həsənovun ev quşları qohumu Mais Ələkbərovun həyatyanı sahəsinə keçib. Bundan əsəbləşən M. Ələkbərov qaynı N.Həsənovu döyüb. Daha sonra N.Həsənov yeznəsi M.Ələkbərova yaşadığı evdə özünə məxsus ov tüfəngindən atəş aşıb.