Şəfəqə Doğru » Gündəm » Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Bu barədə ADY xəbər yayıb.

Məlumata görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həftəsonu günlərinə təyin edilir. Əlavə təyin edilən qatarlar iyunun 1-də saat 09:15-də Bakıdan- Ağstafaya, iyunun 2-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür.