Şəfəqə Doğru » Gündəm » Hindistanda seçki məntəqələrinin 33 əməkdaşı həyatını itirib

Hindistanda seçki məntəqələrinin 33 əməkdaşı həyatını itirib

Hindistanda seçki məntəqələrinin 33 əməkdaşı həyatını itirib

Hindistanın Uttar Pradeş ştatında parlament seçkisi üzrə səsvermənin son günündə istilər səbəbindən azı 33 nəfər seçki məntəqəsi işçisi ölüb.

Bu barədə ştatın seçki komissiyasının rəhbəri Navdip Rinva jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu sıraya seçki komissiyalarının əməkdaşları, sanitar xidmət işçiləri və mühafizəçilər daxildir.

"Qurbanların ailələrinə 1,5 milyon rupi (18 min dollar) məbləğində pul kompensasiyası veriləcək", - Rinva bildirib.

Hindistan Meteorologiya İdarəsi Uttar Pradeşdə seçki günü temperaturun 46,9 dərəcəyə çatdığını bildirib. Ölkədə istilər nəticəsində azı 100 nəfər ölüb.

Mənbə: TASS