SOCAR şirkətinin İstanbulda yerləşən ofisinə hücum etməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verib ki, saxlanılanlar “Fələstin üçün min gənc” hərəkatının üzvləridirlər.
Sözügedən hərəkat öz “X” hesabında paylaşım edərək üzvlərinin saxlanılması xəbərini təsdiqləyib.
Xatırladaq ki, mayın 31-i bir qrup şəxs şirkətin İstanbuldakı ofisinə hücum edib. Həmin şəxslər SOCAR-ın İsrail ilə neft üzrə ticarət əlaqəsi olmasına dair iddia və ittihamlar səsləndirib.
Onu da qeyd edək ki, “SOCAR Türkiyə” də məsələ ilə bağlı açıqlama yayıb.