Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparatına yeni rəhbər təyin edilib.
Bu vəzifə Cavid Hüseynova həvalə olunub.
Cavid Hüseynov uzun illər məhkəmə-hüquq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 2005-2023-cü illərdə Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri, 2023-2024-cü illərdə ədliyyə nazirinin müşaviri olub.
2024-cü ildən isə Ali Məhkəmənin Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri vəzifəsində çalışırdı.