Şəfəqə Doğru » Gündəm » İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyit qalıqları aşkar olunub

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyit qalıqları aşkar olunub

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyit qalıqları aşkar olunub

2022-ci ilin martın 3-də Laçın rayonunun dağlıq ərazisində sərhəd istiqamətində itkin düşən hərbçilərin meyit qalıqları tapılıb.

APA-nın xəbərinə görə, Kəlbəcər rayonunun İstisu qəsəbəsində Yüzbulaq yaylağında aşkar edilən meyit qalıqları Abdullayev Firdovsi Mayis oğlu və Məmmədov Fərid Əjdər oğluna məxsusdur.


Qeyd olunub ki, hərbçi Abdullayev Firdovsi Mayis oğlu avqustun 8-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Məmmədov Fərid Əjdər oğlu Ağdam rayonu Orta Qərvənd kəndində dəfn ediləcək.