Bakıda intihar hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, paytaxtın Nəsimi rayonu ərazisində 1979-cu il təvəllüdlü Sədi Zöhrablı icarəyə götürdüyü obyektdə canına qəsd edib.
Məlumata görə, S.Zöhrablı “Atasığorta” şirkətində departament direktorudur.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.