Şəfəqə Doğru » Gündəm » Peşə liseyində yoxlama aparılıb- İşdən uzaqlaşdırılanlar var

Peşə liseyində yoxlama aparılıb- İşdən uzaqlaşdırılanlar var

Peşə liseyində yoxlama aparılıb- İşdən uzaqlaşdırılanlar var

2024-cü ilin 4-7 iyun tarixlərində Peşə Təhsili üzrə Dövlət Agentliyi Göyçay Peşə Liseyində tədrisin təşkili vəziyyətinə, tələbələrin dərslərə davamiyyətinə baxış keçirib.

 Modern.az Agentliyə istinadən xəbər yayıb ki, monitorinq zamanı tələbələrin davamiyyəti yoxlanılarkən 77 nəfər tələbənin uzun müddət heç bir səbəb göstərmədən dərslərdə iştirak etmədiyi məlum olub.

“Araşdırmanın nəticəsi kimi, həmin tələbələrin dövlət buraxılışı imtahanı nəticələri ləğv edilərək liseydən xaric ediliblər”, - açıqlamada bildirilir.

 Qeyd edək ki, liseyin direktor vəzifəsini icra edən direktor müavini Günel Əhmədova və baş mühasibi Laçın Vəliyevin də əmək müqavilələrinə xitam verilib.