Ukrayna Prezidenti Volodimir Zelenski Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuku vəzifəsindən azad edib.
Bu barədə o, sərəncam imzalayıb.
Oleşçuk həftənin əvvəlində Qərb tərəfindən verilən F-16 qırıcısının qəzaya uğramasından sonra işdən çıxarılıb.
Qeyd edək ki, “The Wall Street Journal” nəşri Qərbdən Ukraynaya verilən ilk F-16 təyyarələrindən birinin qəzaya uğramasına dair məlumat yayıb.
Ukrayna rəsmiləri daha sonra qırıcının qəzaya uğradığını təsdiqləyib.