"Bütün dairələrdə seçki normal keçib, Mərkəzi Seçki Komissiyasına şikayət daxil olmayıb".
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkisinin ilkin nəticələrinə həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, bütün məntəqələr vaxtında açılıb və seçicilər sərbəst səs verdikdən sonra seçkiyə yekun vurulub.
MSK sədri deyib ki, protokolları daxil olmuş 4 872 seçki məntəqəsi üzrə 1 589 187 nəfər səs verib.
"İlkin məlumata görə, lider namizədlərin sayı 7 791 nəfərdir" // oxu.az