Şəfəqə Doğru » Gündəm » İRAN VƏ İSRAİL TƏSDİQLƏDİ: ATƏŞKƏS QƏBUL OLUNUB

İRAN VƏ İSRAİL TƏSDİQLƏDİ: ATƏŞKƏS QƏBUL OLUNUB

İRAN VƏ İSRAİL TƏSDİQLƏDİ: ATƏŞKƏS QƏBUL OLUNUB

İsrail-İran müharibənin 12-ci günü atəşkəsə razılıq veriblər. Onlar Trampın bu yöndəki bəyanatlarımnı təsdiqləyiblər.

ABŞ prezidenti Trampın tərəflərin atəşkəs' razılaşması əldə etdikləri barədə bəyanatından sonra İran səhər saatlarında İsrailə yeni raket hücumu həyata keçirib. Bir çox nöqtədə partlayışlar baş verib, ölən və yaralananlar var. 

Bu hücumdan sonra İran atəşkəsin başladığını elan edib.

İran İnqilab Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan Fars Xəbər Agentliyi Bakı vaxtilə saat 08.00-dan İsraillə atəşkəsin qüvvəyə mindiyini bəyanlayıb.

Agentlik SEPAH-a istinlada belə yazıb: “İranın son raketləri ilə çoxlu sayda sionistin həlak olması və yaralanmasından sonra atəşkəsin başlama vaxtı yerli vaxtla saat 07:30 (Bakı vaxtilə saat 08.00) olaraq təsdiqləndi".

İranın xarici işlər naziri Abbas Erakçi də xəbəri təsdiq edib: "Atəşkəsi qəbul edirik. İsrail hücum etməsə, biz də hücum etməyəcəyik. Müharibəyə İsrail başladı, biz bitirdik"

İsrail hökuməti də atəşkəs anlaşmasını təsdiqləyib: "Biz İrana qarşı planlanan bütün məqsədlərinə çatdıq. Nüvə və raket üzrə təhlükə aradan götürülüb!"

ABŞ prezidenti Donald Tramp da İran və İsrail arasında atəşkəsin qüvvəyə mindiyini açıqlayıb. O, tərəflərə səslənərək, bunun pozulmamasını xahiş edib: "Atəşkəs qüvvəyə minib, xahiş edirəm, onu pozmayın”.