İyunun 13-də İsrailin hücumlarında öldürüldüyü iddia edilən İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general-mayor İsmayıl Qaaninın sağ olduğu aydınlaşıb.
O, Tehranda keçirilən "qələbə şənlikləri"nə qatılıb, əhali ilə söhbətləşib.
Mühafizəçiləri ilə meydana xeyli müddət qalan general daha sonra oradan ayrılıb.
İRNA görüntüləri “İsrailin 12 günlük təcavüzündən sonra general Qaaninin ilk görüntüləri” başlığı ilə paylaşıb.
Onu da qeyd edək ki, atəşkəs xəbərindən sonra paytaxt Tehrandakı İnqilab meydanına "qələbə parad"ı keçirillib // mia.az