Şəfəqə Doğru » Gündəm » “Xaşxaş-2025” əməliyyatı keçirilib

“Xaşxaş-2025” əməliyyatı keçirilib

“Xaşxaş-2025” əməliyyatı keçirilib

Yardımlıda 9200 ədəd xaşxaş kolu məhv edilib.

Bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.

Məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alar kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 1650 kiloqram olan 9200 ədəd xaşxaş kolu yandırılaraq məhv edilib.