“Regionların inkişafına diqqəti artırmalıyıq”.
Bunu deputat Ziyad Səmədzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
“İri vergi ödəyicilərinin regionların inkişafında rolunun artırılması vacibdir, bu, regionların inkişafına töhfə verəcək. Bəzən mətbuatda da gedir, deyirlər ki, vergi yükü çoxdur, vergi yüksəkdir və s. Vergi gəlirlərinin ÜDM-də xüsusi yükü elə də yüksək deyil. Ona görə də bu kimi dəyişikliklər sözün əsl mənasında Azərbaycan iqtisadiyyatının, regionların inkişafına töhfə verəcək”, - deputat bildirib.
qafqazinfo.az
