Şəfəqə Doğru » Gündəm » Türkiyənin Azərbaycandan uçan hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb

Türkiyənin Azərbaycandan uçan hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb

Türkiyənin Azərbaycandan uçan hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb

Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

APA xəbər verib ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

"Axtarış-xilasetmə işlərinə Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə başlanılıb", məlumatda deyilir. 

Məlumata görə təyyarədə 20 hərbçi olub. 

Azərbaycan lideri İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana faciə ilə bağlı başsağlığı verib.

Gürcüstan DİN isə hadisə ilə bağlı istintaq başladığını açıqlayıb.

Hazırda Türkiyə və Gürcüstandan olan qruplar koordinasiyalı şəkildə axtarış-xilasetmə işləri həyata keçirirlər.