Ermənistanın Baş naziri Nikol Paşinyan ilin sonunadək Bakı ilə aparılan danışıqlara aid sənədləri ictimaiyyətə təqdim edəcəyini bəyan edib.
Paşinyan bu qərarı ATƏT-in Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupunun ləğvi ilə əlaqələndirib. Onun sözlərinə görə, həmin proses başa çatdıqdan sonra sənədlərin açıqlanmasına nə mənəvi, nə də siyasi maneə qalacaq.
“Proses yekunlaşdıqdan sonra bu sənədləri açıqlaya biləcəyik. O zaman onların dərcinə mane olan mənəvi və siyasi baryer aradan qalxacaq,” – deyə Ermənistan baş naziri vurğulayıb // musavat.com
