Rusiya ordusu noyabrın 14-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı zərbələr endirib.
Bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında paylaşıb.
Onun sözlərinə görə, rusiyalı hərbçilərin Kiyevə atdığı “İskəndər” raketinin qəlpələri Azərbaycan səfirliyinin binasına düşüb.
Zelenski bildirib ki, ümumilikdə hücum zamanı təqribən 430 dron və 18 raketdən istifadə olunub.
qafqazinfo
