Şəfəqə Doğru » Gündəm » "Azpetrol"-da 3 nəfərin vəzifədən uzaqlaşdırıldığı iddia edilir

"Azpetrol"-da 3 nəfərin vəzifədən uzaqlaşdırıldığı iddia edilir

"Azpetrol"-da 3 nəfərin vəzifədən uzaqlaşdırıldığı iddia edilir

"Azpetrol" MMC-nin Baş direktoru Ceyhun Məmmədovun müavinləri - Ruslan Eyyubovun qohumları Əli Kərimli və Etibar Xudaverdiyevin vəzifələrindən kənarlaşdırıldığı iddia edilir. 

Qaynarinfo-ya istinadla yayılan xəbərdə bildirilir ki, bunun səbəbi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan və barəsində məhkəmə qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilən Ruslan Eyyubovla bağlı gedən istintaq araşdırmasıdır.

Qeyd edilir ki, mətbuatda yer alan və bu günə qədər təkzib olunmayan məlumatlarda "Azpetrol"un Ruslan Eyyubova məxsus olduğu yazılır. Şirkətin direktor müavinləri Əli Kərimli və Etibar Xudaverdiyev isə həbs olunan Ruslan Eyyubovun qohumlarıdır. 

Məlumatda o da bildirilir ki, hazırda sözügedən şirkətdə yoxlama aparılır. Elə bu səbəbdən də Əli Kərimli və Etibar Xudaverdiyev vəzifələrindən kənarlaşdırılıblar. 

Məlumata görə, yaxın günlərdə "Azpetrol" MMC-də səhmdarların toplanacaq və mühüm qərarlar qəbul ediləcək.