İranda milli valyuta - tümənin dollara nisbətən rekord səviyyədə ucuzlaşması paytaxt Tehranda xalqı ayağa qaldırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verib ki, artıq paytaxtda dükan, ictimai məkanlar, bir sözlə, ticarət demək olar tam dayandırılıb.
Məlumata görə, hər yandan xalq mərkəzə doğru axın etməyə başlayıb. Etirazçılar hökumət və rejim əleyhinə sərt şüarlar səsləndirirlər.
İran Prezidenti Məsud Pezeşkian isə Daxili İşlər nazirinə etirazçıların nümayəndələri ilə birbaşa əlaqə qurmağı və onların tələblərini dinləməyi tapşırıb. Pazeşkian bank sisteminin təkmilləşdirilməsi və xalqın alıcılıq qabiliyyətinin qorunması üçün struktur islahatlarının gündəmdə olduğunu da xüsusu vurğulayıb.
O, xalqa səslənərək, onları təmkinli olmağa çağırıb: "Gəlin, danışaq..."
Bu arada bəlli olub ki, Mərkəzi Bankın sədri yaranmış vəziyyətdən çıxış yolu olmadığını əsas gətirərək, istefa verib.
Hazırda ölkdə aksiya davam edir.

